Dünən temperatur normadan 4 dərəcə yüksək olub

11:17 - 11 Mart 2023 - Cəmiyyət

Hazırda Bakıda və Abşeron yarımadasında  dumanlı hava şəraiti müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev Ucnoqta.az-a bildirib ki, duman sinoptik şəraitlə əlaqədar gözlənilən atmosfer hadisəsidir.

“Gecə  saatlarında  buludsuz və az sürətli cənub-şərq küləkləri yer səthində əks  şüalanma nəticəsində havanın effektiv soyumasına səbəb olub. Bunun nəticəsində  yerüstü hava qatında duman əmələ gəlib.

Şabran, Sabirabad, Salyan, Cəfərxan, Neftçala, Biləsuvar, Bakı, Sumqayıt, Maştağa, Binə, Neft Daşları, Pirallahı, Çilov adasında duman müşahidə olunur və dumanda görünüş məsafəsi 50-200 metrədək məhdudlaşır. Dumalı hava  şəraiti martın 12-dək fasilələrlə davam edəcək".

Rafiq Verdiyevin sözlərinə görə, mart ayı üçün xarakterik olmayan yüksək temperatur rejimi fonunda temperatur martın 10-da iqlim normasından 4 dərəcə yüksək olub. Bakıda və Abşeron yarımadasında isə maksimal temperatur 14 dərəcə qeydə alınıb.

Xəbər xətti