Azərbaycanda 45 polis işdən çıxarılıb

17:09 - 9 Mart 2023 - Xəbər

Daxili İşlər Nazirliyi nəzarət tədbirləri çərçivəsində etik davranış qaydalarının pozulmasına görə, 186 əməkdaşa intizam tənbehi verilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb. Məlumata görə, onlardan 23-ü daxili işlər orqanlarında xidmətdən xaric olunub. 22-i tutduğu vəzifədən azad edilib. 

141 əməkdaş barəsində digər məsuliyyət tədbirləri görülüb.

Xəbər xətti