64 yaşlı hindistanlı 28 ildir yalnız kokos yeyir

16:15 - 9 Mart 2023 - MARAQLI

Hindistanlı Balakrişnan Palaya 28 il əvvəl qastroezofagial reflüks xəstəliyi diaqnozu qoyulub.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, Hindistan sakini iddia edir ki, 28 ildir yalnız kokos yeyir. Onun sözlərinə görə, belə pəhriz ona mədə xəstəliyinin öhdəsindən uğurla gəlməyə kömək edir.

Səhhətində yaranan problemlərə görə o, güclə yeriyə biləcək qədər enerji itirib. Müalicənin bir hissəsi olaraq, o, bir dəfə kokos qəlyanaltısını sınayıb və özünü daha yaxşı hiss edib. O vaxtdan yalnız kokosla qidalanır.

“Kokosda kalsium, maqnezium, natrium və kalium kimi minerallar var. Bu, onun gücünü bərpa etməyə kömək etdi və indi o, formadadır" - mütəxəssislər deyir.

64 yaşında Balakrişnan onun yaşındakı insanların çoxundan daha sağlam olduğunu iddia edir. O, ailə fermasında işləyir, hər gün üzgüçülük və idmanla məşğul olur. Bununla belə, həkimlər insanları kişidən nümunə götürməməyə çağırır, çünki kokos pəhrizi xeyirdən çox zərər verə bilər.

Xəbər xətti