Gəncə şəhər 2 saylı Birləşmiş Uşaq Xəstəxanasına yeni direktor təyin olunub.
Ucnoqta.az-ın "Report"a istinadən məlumatına görə, 2 saylı Birləşmiş Uşaq Xəstəxanasının yeni direktor vəzifəsi Həsənov Səbuhi Mikayıl oğluna həvalə olunub.
O, bundan əvvəl adı çəkilən xəstəxananın Pediatriya şöbəsinin müdiri vəzifəsində çalışıb.
Qeyd edək ki, 2 saylı Birləşmiş Uşaq Xəstəxanasının əvvəlki direktoru Hafiz Abdullayev yaş həddinə görə vəzifəsindən azad olunub.