Ucnoqta.az
www.ucnoqta.az

Gəncədə uşaq xəstəxanasına yeni direktor təyin olunub

17:45 - 7 Mart 2023 tarixində dərc olunub.

 

Gəncə şəhər 2 saylı Birləşmiş Uşaq Xəstəxanasına yeni direktor təyin olunub.

Ucnoqta.az-ın "Report"a istinadən məlumatına görə, 2 saylı Birləşmiş Uşaq Xəstəxanasının yeni direktor vəzifəsi Həsənov Səbuhi Mikayıl oğluna həvalə olunub.

O, bundan əvvəl adı çəkilən xəstəxananın Pediatriya şöbəsinin müdiri vəzifəsində çalışıb.

Qeyd edək ki, 2 saylı Birləşmiş Uşaq Xəstəxanasının əvvəlki direktoru Hafiz Abdullayev yaş həddinə görə vəzifəsindən azad olunub.

Müəllif: Ucnoqta.az redaksiyası