Məşhur caz musiqiçisi vəfat edib

10:40 - 3 Mart 2023 - Mədəniyyət

Məşhur saksofonçu və caz musiqiçisi Ueyn Şorter 90 yaşında vəfat edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.

Şorter 1950-ci illərdə tanınmağa başlayıb. 1960-cı illərdə Herbie Hancok, Ron Carter və Tony Villiyamsın da iştirak etdiyi əfsanəvi "Miles Davis Quintet"ə qoşulub.

O, məşhur "Qara Nil", "Şərsiz danış", "Ayaq izləri" caz kompozisiyalarının yaradılmasında iştirak edib.

2015-ci ildə Ueyn Şorter fəxri Grammy mükafatı alıb.

Ruhəngiz

Xəbər xətti