Martın 1-də Füzuli rayonunun işğaldan azad edilmiş Qaraxanbəyli kəndi ərazisində mina-təmizləmə işləri aparılarkən insana məxsus olması ehtimal edilən bir ədəd kəllə sümüyü və digər sümük fraqmentləri aşkar edilib.
Bu barədə Ucnoqta.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, faktla bağlı Füzuli rayon prokurorluğunda araşdırma aparılır.