Ucnoqta.az
www.ucnoqta.az

Füzulidə insan sümükləri  TAPILDI

11:48 - 2 Mart 2023 tarixində dərc olunub.

Martın 1-də Füzuli rayonunun işğaldan azad edilmiş Qaraxanbəyli kəndi ərazisində mina-təmizləmə işləri aparılarkən insana məxsus olması ehtimal edilən bir ədəd kəllə sümüyü və digər sümük fraqmentləri aşkar edilib.

Bu barədə Ucnoqta.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, faktla bağlı Füzuli rayon prokurorluğunda araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası