Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı İmişli rayonu ərazisində qanunsuz ov edən əcnəbi vətəndaşlar saxlanılıb.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov Ucnoqta.az-a bildirib ki, araşdırma zamanı qanunsuz ov edən şəxslərin Küveyt vətəndaşları Khaled Wkhsa Alzaid və Ahmad Fmf Aloudah olduğu müəyyən edilib.
Faktla bağlı təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.