Ucnoqta.az
www.ucnoqta.az

İmişlidə qanunsuz ov edən əcnəbilər cəzalandırılıb

10:06 - 1 Mart 2023 tarixində dərc olunub.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı İmişli rayonu ərazisində qanunsuz ov edən əcnəbi vətəndaşlar saxlanılıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov Ucnoqta.az-a bildirib ki, araşdırma zamanı qanunsuz ov edən şəxslərin Küveyt vətəndaşları Khaled Wkhsa Alzaid və Ahmad Fmf Aloudah olduğu müəyyən edilib.

Faktla bağlı təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.

Müəllif: Ucnoqta.az redaksiyası