Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu Rusiyaya səfərə dəvət edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Qeyd edək ki, fevralın 28-də rusiyalı nazir Bakıya gəlib və orada azərbaycanlı həmkarı ilə görüşüb. Xarici işlər nazirləri Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması, eləcə də beynəlxalq gündəmdəki aktual məsələləri müzakirə ediblər.