Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili dövlətin hazırkı lideri Salome Zurabişvilini dəstəklədiyini bildirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə eks-prezident, hazırda həbsdə olan Mixail Saakaşvili "Facebook"da yazıb. Onun fikrincə, respublikanın bütün siyasi qüvvələri respublikanın indiki hakimiyyətinin zəifliyinə görə onu təhdid edən “Rusiya çevrilişinə” qarşı ölkə rəhbəri ilə birləşməlidir.
"İndi köhnə inciklikləri xatırlamaq vaxtı deyil" - o, qeyd edib.
Gürcüstanın eks-prezidentinin qeyd etdiyi kimi, müqavimət indiki və keçmiş prezidentlərdən tutmuş, hər bir real gürcünün borcudur. O, həmçinin Zurabişvilini statusundan istifadə etməyə və respublikada guya hakimiyyəti ələ keçirmək təhlükəsi barədə “bütün dünyanı xəbərdar etməyə” çağırıb.
Emin