Səbail rayonunda mənzildən meyit tapılıb

19:32 - 24 Fevral 2023 - Cəmiyyət

Bakı şəhərinin Səbail rayonunda mənzildən meyit tapılıb.

Bu barədə Ucnoqta.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd edilib ki Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Səbail rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1 nəfərin meyitini aidiyyəti üzrə təhvil veriblər.

Xəbər xətti