Çində 1300 il yaşı olan üçrəngli keramikadan hazırlanmış məmulat tapılıb

16:32 - 24 Fevral 2023 - MARAQLI

Arxeoloqlar Çinin şərqində təxminən 1300 il yaşı olduğu təxmin edilən məzarda 50-dən çox üçrəngli saxsı məmulatı aşkar ediblər.

Ucnoqta.az xəbər verir ki, bu barədə cümə günü Sinxua agentliyi məlumat yayıb. Tapıntı Cinan şəhərinin rayonlarından birində aparılan qazıntılar zamanı aşkar edilib, burada 2021-ci ildən bəri 240-dan çox məqbərə tapılıb və bu məzarlar son neolitdən Tsin sülaləsinə qədər olan dövrə aiddir.

Farforun tapıldığı məzarın üzərindəki yazıya görə, dəfn Çin tarixində qızıl dövr sayılan Tan sülaləsinin (618-907) Kaiyuan dövrünün (713-741) üçüncü ilində baş verib. Qazılmış saxsı qablar başqa formaya malikdir. Onların arasında atlı, dəvə və arabalı heykəlciklər var.

Ruhəngiz

Xəbər xətti