Yardımlı Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Arif Babayev vəzifəsindən uzaqlaşdırılıb.
Ucnoqta.az Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər naziri Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Arif Babayev sərəncama götürülüb. Onun yerinə hələlik təyinat aparılmayıb.