Ucnoqta.az
www.ucnoqta.az

Bu rayonun polis rəisi işdən çıxarıldı - FOTO

15:36 - 24 Fevral 2023 tarixində dərc olunub.

Yardımlı Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Arif Babayev vəzifəsindən uzaqlaşdırılıb.

Ucnoqta.az Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər naziri Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Arif Babayev sərəncama götürülüb. Onun yerinə hələlik təyinat aparılmayıb.

Müəllif: Ucnoqta.az redaksiyası