Yasamalda mənzildən meyit tapılıb

17:54 - 23 Fevral 2023 - Cəmiyyət

Bakının Yasamal rayonunda mənzildən meyit aşkarlanıb.

Ucnoqta.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Çaağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1 nəfərin meyitini aidiyyəti üzrə təhvil veriblər.

Xəbər xətti