İstehlaka yararsız 7 tondan çox qida məhsulları məhv edilib

12:38 - 23 Fevral 2023 - Xəbər

İstehlaka yararsız 7 tondan çox qida məhsulları məhv edilib.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

“Foodini” MMC-nin istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı Agentliyə daxil olan müraciəti əsasında, ümumi çəkisi 7,355 ton müxtəlif növ qida məhsulu “EkoSum” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

Xəbər xətti