Kinematoqrafçılar İttifaqı məlumat yaydı

12:53 - 25 Yanvar 2023 - Mədəniyyət

Azərbaycanın mətbuat orqanları rəhbərlərinin nəzərinə çatdırırıq ki, son günlər Qafqazinfo.az, Teleqraf.com, Manset.az, Yeni Müsavat və digər informasiya vasitələrində özünü ARKİ-nin mətbuat xidmətinin əməkdaşı kimi və Manset.az saytının rəhbəri kimi təqdim edən Əli Vəliyevə istinad edilməklə ARKİ - nin Sədri Şəfiqə Məmmədova barəsində həqiqətə uyğun olmayan məlumatlar dərc edilmiş, hətta 24 yanvar 2023 – cü il tarixdə isə “ Manset” az saytında Şəfiqə Məmmədovanın xəstələnməsi və təcili yardım çağırılaraq xəstəxanaya aparılması barədə yanlış məlumat yayılmışdır.

Ucnoqta.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının hüquq xidməti məlumat yayıb: 

"Məlumat üçün bildirirk ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri SSRİ və Azərbaycan Dövlət Mükafatları laureatı, Xalq artisti, Professor Şəfiqə Məmmədova səhhətində heç bir narahatçılıq olmamış, hal-hazırda da işinin icrasındadır.

ARKİ tərəfindən Əli Vəliyevə və digər mətbuat nümayəndələrinə bu günədək ümumiyyətlə rəsmi heç bir məlumat verilməmiş, Əli Vəliyevə isə ARKİ-nin adından məlumat yaymaq səlahiyyəti verilməmiş, öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir."

Məlumatda bildirilir ki, Əli Vəliyevin kütləvi informasiya vasitələrinə təqdim etdiyi, əsasız və həqiqətə uyğun olmayan məlumatlar ARKİ tərəfindən araşdırılır və aidiyyəti üzrə hüquq mühafizə orqanlarına müraciət edilməsi üçün materiallar toplanmaqdadır:

"Kütləvi informasiya vasitələrindən ARKİ – nin fəaliyyəti və ARKİ-nin sədri barədə xəbərləri ARKİ-nin rəsmi nümayəndələrinin məlumatlarına istinad edərək dərc edilməsini xahiş edirik".

Xəbər xətti