Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Cənnətov Vasif Xaliq oğlu vəzifəsindən azad edilib.
Bu barədə APA-ya Mədəniyyət Nazirliyindən bildirilib.
Qeyd edilib ki, Vasif Cənnətov əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar olaraq bu gündən tutduğu vəzifədən azad edilib.