İki avtomobil toqquşub, beş nəfər xəsarət alıb

23:30 - 14 Yanvar 2023 - HADİSƏ

Gəncə şəhərində beş nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Şəhər ərazisində iki "VAZ" markalı avtomobil toqquşub.

Qəza nəticəsində 1996-cı il təvəllüdlü Ruslan Məmmədov, 1996-cı il təvəllüdlü Kamran Qasımov, 1998-ci il təvəllüdlü Turac İmaməliyev, 1998-ci il təvəllüdlü Ruslan Həsənzadə və 1999-cu il təvəllüdlü İlqar Pənahov xəsarət alıblar.

Onlar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.///report

Xəbər xətti