Ucnoqta.az
www.ucnoqta.az

İki avtomobil toqquşub, <font color=red><b>beş nəfər xəsarət alıb</b></font>

23:30 - 14 Yanvar 2023 tarixində dərc olunub.

Gəncə şəhərində beş nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Şəhər ərazisində iki "VAZ" markalı avtomobil toqquşub.

Qəza nəticəsində 1996-cı il təvəllüdlü Ruslan Məmmədov, 1996-cı il təvəllüdlü Kamran Qasımov, 1998-ci il təvəllüdlü Turac İmaməliyev, 1998-ci il təvəllüdlü Ruslan Həsənzadə və 1999-cu il təvəllüdlü İlqar Pənahov xəsarət alıblar.

Onlar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.///report

Müəllif: