Bakı metrosundakı nasazlığın səbəbi AÇIQLANDI

11:00 - 29 Dekabr 2022 - Cəmiyyət

Metronun Xətai-Cəfər Cabbarlı xəttində qatarda yaranan texniki nasazlığın səbəbi məlum olub.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, sözügedən stansiyada maşinistin idarəetmə pultunda qapılara müdaxilə olunması ilə bağlı siqnal işə düşüb:

“Bu halda Metropoliten qaydalarına əsasən maşinist dərhal qatarı saxlayıb. Texniki baxış təyin edilib. Hər hansı problem qeydə alınmasa da, qaydalara görə qatara yenidən və ətraflı baxış keçirilməlidir. Bu səbəbdən maşinist qatarı 3 dəqiqə tuneldə saxlamaq məcburiyyətində qalıb və əlavə texniki baxış üçün təyin edilən xüsusi zonaya çevrilib. Metropolitenin Xətai-Cəfər Cabbarlı xəttində qatarlar məkik hərəkət etdiyindən onların hərəkəti ilə bağlı problem olmayıb. Sərnişinlərin təhlükəsizliyi tam təmin edilib. Sərnişinlərdən xahiş edirik ki, metrodan istifadə edərkən qaydalara düzgün riayət etsinlər”.

 

Xəbər xətti