Ucnoqta.az
www.ucnoqta.az

Bakı metrosundakı nasazlığın səbəbi <font color=red><b>AÇIQLANDI</b></font>

11:00 - 29 Dekabr 2022 tarixində dərc olunub.

Metronun Xətai-Cəfər Cabbarlı xəttində qatarda yaranan texniki nasazlığın səbəbi məlum olub.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, sözügedən stansiyada maşinistin idarəetmə pultunda qapılara müdaxilə olunması ilə bağlı siqnal işə düşüb:

“Bu halda Metropoliten qaydalarına əsasən maşinist dərhal qatarı saxlayıb. Texniki baxış təyin edilib. Hər hansı problem qeydə alınmasa da, qaydalara görə qatara yenidən və ətraflı baxış keçirilməlidir. Bu səbəbdən maşinist qatarı 3 dəqiqə tuneldə saxlamaq məcburiyyətində qalıb və əlavə texniki baxış üçün təyin edilən xüsusi zonaya çevrilib. Metropolitenin Xətai-Cəfər Cabbarlı xəttində qatarlar məkik hərəkət etdiyindən onların hərəkəti ilə bağlı problem olmayıb. Sərnişinlərin təhlükəsizliyi tam təmin edilib. Sərnişinlərdən xahiş edirik ki, metrodan istifadə edərkən qaydalara düzgün riayət etsinlər”.

 

Müəllif: