Bir neçə gün öncə Xalq artisti Şəfiqə Məmmədovanın yenidən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) sədri seçilməsi ilə bağlı mətbuatda xəbərlər yayılmışdı. Bu xəbərdən sonra ARKİ üzvləri arasında gərginlik yaşanıb. Məlum olub ki, Şəfiqə Məmmədovanın sədr seçildiyi gün ARKİ-nin hər hansı qurultayı baş tutmayıb. Bu səbəbdən də ARKİ üzvləri Xalq artistinin özü-özünü sədr elan etdiyini bildiriblər. Sədrin seçilməsi prosesində Prezident Administrasiyasının və Mədəniyyət nazirliyinin nümayəmdələri iştirak etməyib. Qalmaqal İttifaqın katibləri və üzvləri arasında davam edir.
"Ucnoqta.az" baş verən qalmaqal barədə Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyevaya zəng edib. O məsələ ilə bağlı sualı eşitdikdən sonra bunları deyib:
"Mən hazırda tədbirdəyəm. Danışa bilmirəm. Bu barədə fikir bildirməyəcəm."