Ermənistana casusluqda ittiham edilən Emil məhkəmə qarşısına çıxarılacaq

12:34 - 21 Dekabr 2022 - Mədəniyyət

O, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq ittiham edilir

Ucnoqta.az xəbər verir ki, casusluqda və Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham olunan 41 yaşlı Emil Məmmədov yaxın günlərdə məhkəmə qarşısına çıxarılacaq. Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Siyavuş Hacıyevin icraatındadır. Məhkəmənin hazırlıq iclası dekabrın 27-nə təyin edilib.

Xatırladaq ki, Emil Məmmədov bu ilin martında Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. Araşdırmalar zamanı müəyyən edilib ki, M.Məmmədov üçüncü ölkənin ərazisində Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşları ilə görüşüb. Azərbaycanın dövlət təhlükəsizliyinə zərər vura biləcək məlumatların toplanması barədə göstərişlər alıb.

Ermənistan xüsusi xidmət orqanlarının nümayəndələri ilə məxfi əlaqələri və onların müəyyən edilmiş məxfilik qaydalarına əməl etmələri barədə əsaslı şübhələr üzə çıxıb. Məmmədov Azərbaycan Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə məsuliyyətə cəlb edilib və məhkəmənin qərarı ilə həbs edilib.

Pünhan

Xəbər xətti