Ağstafada qəza olub, xəsarət alan var

20:11 - 19 Dekabr 2022 - HADİSƏ

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Qazax magistral yolunun rayonun Qırılı kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan minik maşını yoldan çıxaraq bardürə çırpılıb.

Qəza zamanı sürücü, 1968-ci il təvəllüdlü Eltun Musayev xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Qəzanın havanın dumanlı olması səbəbindən baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.///apa

Xəbər xətti