Ucnoqta.az
www.ucnoqta.az

Ağstafada qəza olub, <font color=red><b>xəsarət alan var</b></font>

20:11 - 19 Dekabr 2022 tarixində dərc olunub.

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Qazax magistral yolunun rayonun Qırılı kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan minik maşını yoldan çıxaraq bardürə çırpılıb.

Qəza zamanı sürücü, 1968-ci il təvəllüdlü Eltun Musayev xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Qəzanın havanın dumanlı olması səbəbindən baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.///apa

Müəllif: