Bakıda mağaza yandı

12:11 - 15 Dekabr 2022 - Xəbər

Bakı şəhərinin Qaradağ rayonunda ticarət mərkəzinin ərazisində ümumi sahəsi 22 m² olan mağazanın yanar konstruksiyaları yanıb.

FHN-dən Ucnoqta.az-a verilən məlumata görə, yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğının genişlənməsinin qarşısı alınaraq qısa müddətdə söndürülməsi təmin edilib.

Bitişik mağazalar yanğından mühafizə olunub.

Xəbər xətti