Britaniya səfiri şəhid hərbçimizlə bağlı başsağlığı verdi - FOTO

11:02 - 15 Dekabr 2022 - Xəbər

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Ould Kəlbəcərdə mina partlaması nəticəsində hərbçinin həlak olması ilə bağlı başsağlığı verib.

Ucnoqta.az xəbər verir ki, səfir bu barədə tviter hesabında yazıb:

“Dünən Kəlbəcərdə 8 nəfərin minaya düşməsi, nəticədə yaralanan və ölənlərin olması xəbəri məni çox kədərləndirdi. Həyatını itirmiş şəxsin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralananlara tezliklə şəfa diləyirəm”.


Xəbər xətti