Xəbər verdiyimiz kimi, bu gün Kəlbəcərdə minaya düşən 4 hərbçidən biri şəhid olub.
"Unikal"ın məlumatına görə, minaya düşərək şəhid olan hərbçimiz baş gizir, 1984-cü il təvəllüdlü Hümbətov Zöhrab Məhəmməd oğlu şəhid olub.
O, Tovuz rayonun Böyük Qışlaq kəndində anadan olub.
Şəhidimiz ailəsi ilə rayonun Aşağı Quşçu kəndində yaşayıb. Bu kəndə də dəfn olunacaq. Ailəli idi, 3 övladı var.