Laçın yolundakı aksiya iştirakçıları havaya 44 göyərçin buraxıb

18:53 - 14 Dekabr 2022 - Cəmiyyət

Azərbaycanın ekofəalları və QHT təmsilçilərinin Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq Laçın yolunda aksiya keçirir .

Ucnoqta.az xəbər verir ki, aksiya iştirakçıları sülh rəmzi olan göyərçinləri havaya buraxıblar.

Göyərçin təsviri həm də Rusiya sülhməramlılarının geyimində - qolları üzərindəki şevronda əks olunur. 44 rəqəmi isə Azərbaycanın qalib dövlət kimi güclü mövqeyini, əldə etdiyi tarixi Zəfəri simvolizə edir.

Bununla, onlar sülh və dinc yaşayışın tərəfdarı olduqlarını, aksiyanın yalnız humanitar məqsəd daşıdığını dünyaya çatdırıblar.

Qeyd edək ki, dekabrın 12-də başlayan aksiyanın artıq 3 gündür davam edir.

 

Xəbər xətti