Mədəniyyət Nazirliyin Kukla Teatrında apardığı yoxlama ilə bağlı mətbuat konfransı keçiriləcək
Bu barədə Ucnoqta.az-a Kukla Teatrından bildirilib. Məlumata görə, Mədəniyyət Nazirliyinin noyabrın 21-dən Azərbaycan Dövlət Kukla Teatrında apardığı və hələ də davam etdirilən yoxlama ilə bağlı bu gün saat 18. 00-da teatrın direktoru Rəşad Əhmədzadə və teatrın bir neçə əməkdaşının iştirakı ilə mətbuat konfransı keçiriləcək.