Qanunsuz işdən çıxarılan 95 nəfər əvvəlki işlərinə bərpa olunublar - Dövlət Xidməti

16:31 - 8 Dekabr 2022 - Cəmiyyət

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) 2022-ci ilin 11 ayı ərzində vətəndaş müraciətlərini araşdırarkən 95 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini müəyyən edib.

Bu barədə Ucnoqta.az-a Xidmətdən xəbər verilib.

Qeyd edilib ki, Xidmətin qanunvericiliyə əsasən gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar.

Xəbər xətti