Ucnoqta.az
www.ucnoqta.az

Qanunsuz işdən çıxarılan 95 nəfər əvvəlki işlərinə bərpa olunublar - <font color=red><b>Dövlət Xidməti</b></font>

16:31 - 8 Dekabr 2022 tarixində dərc olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) 2022-ci ilin 11 ayı ərzində vətəndaş müraciətlərini araşdırarkən 95 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini müəyyən edib.

Bu barədə Ucnoqta.az-a Xidmətdən xəbər verilib.

Qeyd edilib ki, Xidmətin qanunvericiliyə əsasən gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar.

Müəllif: