Kitabxanalardakı vakant vəzifələr üçün imtahan keçirildi

14:08 - 29 Noyabr 2022 - Mədəniyyət

Mədəniyyət Nazirliyinin sistemində olan kitabxanalar üzrə vakant vəzifələrin tutulması məqsədilə test imtahanı keçirilib.

Bu barədə Ucnoqta.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Milli Kitabxanasında təşkil olunan imtahanda qeydiyyatdan keçmiş 357 namizəddən 319 nəfəri iştirak edib.

Test imtahanın nəticələri dekabrın 2-də namizədlərin iş nömrəsi və topladığı bal qeyd olunmaqla nazirliyin rəsmi saytında elan olunacaq, eyni zamanda nəticələr və müsahibə barədə məlumatlar namizədlərin əlaqə vasitələrinə göndəriləcək.

Xəbər xətti