Gözəl və istedadlı Azərbaycan qadınları təkcə Zaqafqaziyada deyil, bütün dünyada məşhurlaşa bildilər.
Biz doğma yurdunun hüdudlarından kənarda da tanınan ən görkəmli azərbaycanlı qadınlarından olan Leyla Bədirbəyli barədə məlumat verəcəyik.
Sovet və Azərbaycan teatr və kino aktrisası 1920-ci ildə Bakıda anadan olub. Onun atası Şəmkir bəylərinin nəslindən idi. O, 16 yaşında Azərbaycan Mahnı və Rəqs Ansamblının solisti idi. Leyla Məşədi Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrının rəhbərliyinin dəvəti ilə 6 il bu teatrda çalışdı. Bir sıra rolları ilə tamaşaçıların sevgisini qazandı.
Leyla Mehdi Məmmədov, Adil İsgəndərov kimi tanınmış simalarla səhnəni paylaşdı. Populyarlığının zirvəsi müharibə illərinə düşsə də, heç nəyə peşman deyildi. Əksinə, o, bu illərin həm sənət aləmində, həm də onun üçün ən məhsuldar vaxt olduğunu söylədi.
Ən çox da Leyla “Arşın mal alan” musiqili komediyasından Gülçöhrə obrazı ilə yadda qalıb. Bədirbəylinin eyni dərəcədə diqqəti cəlb edən başqa rolları da var - “Sevil”, “Dəli Kür”, “Günlərin bir günü”, “Üzeyir ömrü” və s.
Böyük aktrisa 1999-cu ildə vəfat edib. O, Azərbaycan SSR xalq artisti adına layiq görülüb, eyni zamanda kino və teatr sahəsində nailiyyətlərinə görə II dərəcəli Stalin mükafatına layiq görülüb.
Ruhəngiz