Axşam 6-dan sonra kimlərə yemək olmaz? - dietoloq AÇIQLADI

18:17 - 12 Noyabr 2022 - Cəmiyyət

Bəziləri axşam saat 6-dan sonra yeməkdən çəkinir.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, dietoloq Natalya Kruqlova isə “əgər insan gec yatırsa 6-dan sonra yeyə bilər” deyib.

Həkim yeməklər arasında böyük fasilələr yaratmamağı tövsiyə edərək, həmçinin aclığı azaltmaq üçün nahar və şam yeməyi arasında yüngül yeməklər də məsləhət görüb.

“Saat 18:00-dan sonra yemək yeməmək yalnız tez yatanlar üçün aktualdır, onlar üçün bu, əsasdır. Bir şəxs 22:00, 23:00 və daha sonra yatırsa, axşam yeməyində heç bir problem yoxdur”, deyə Kruqlova bildirib.

Onun sözlərinə görə, eyni zamanda, axşam tərəvəz və süd məhsullarından ibarət yüngül şam yeməyi seçmək daha yaxşıdır:

“Bu tərəvəz salatı, bişmiş tərəvəz, zülal olaraq az yağlı pendir və ya kəsmik kimi süd məhsulları, balıq, dəniz məhsulları, quş əti, qarabaşaq yarması, qəhvəyi düyü, bulqur və s. ola bilər”.

Xəbər xətti