Gülağa Aslanlının oğlu Ukraynada döyüşürmüş - FOTO

17:09 - 12 Noyabr 2022 - Cəmiyyət

Müsavat Partiyası İcra Aparatının rəhbəri Gülağa Aslanlının oğlu Elşad Aslanov Ukraynada Rusiya işğalçılarına qarşı döyüşürmüş.

Ucnoqta.az xəbər verir ki, məlumatı Gülağa Aslanlının özü ictimailəşdirib. O, oğlu Elşad Aslanovun Ukrayna Ordusunda kapitan rütbəsi ilə xidmət etdiyini bildirib.

Uzun müddətdir Ukraynanın Xarkov şəhərində yaşayıb işləyən həmyerlimiz Azad Ömər isə sosial şəbəkədə kapitan Elşad Aslanov haqqında bunları yazıb:
"Ukraynanın Vətən savaşında həmyerlilərimiz də ukraynalılarla bərabər bütün cəbhələrdə iştirak edirlər: istər maddi yardım göstərməkdə, istər yerli özünümüdafiə dəstələrində, istərsə də ön cəbhədə...

Və ön cəbhədə savaşanlarımız heç də ukraynalılardan geri qalmırlar. Axı hamı yaxşı bilir ki, düşmən eynidir, istər Azərbaycanda savaş, istər Ukraynada... Qəhrəman şəhidlərimiz, yaralı qazilərimizlə yanaşı, bu qutsal savaşın ilk günlərindən ön cəbhədə düşmənlə təmas xəttində savaşan igidlərimiz də çoxdur.

Belə igidlərimizdən biri də hazırda Donetsk istiqamətində, son zamanlar ən ağır döyşlər gedən bölgədə ön cəbhədə həmyerlimiz, xidmət rəisi, kapitan Elşad Aslanovdur. Bu gün onunla növbəti dəfə telefon əlaqəsi saxladım. Səsi çox gümrah gəlirdi. Ən əsası da odur ki, qısa söhbətimizdə onun və tabeçiliyində olanların qələbəyə inamlarının tam olduğunu duydum...

Bu arada, Elşad bəy Musavat Partiyası başqanın müavini Gülağa Aslanlının oğludur. Gülağa bəylə hələ Bakida yaşadığım illərdə tanış idik. Elşad bəylə isə Xarkov şəhərində tanışlığımız 10-15 ilə dayanır. Öncəki prezident seçkilərində vilayət seçki qərargahında birgə işimiz bizi daha da yaxınlaşdırmışdı.

Ukrayna Ordusunun kapitanı Elşad Aslanov həm yaxşı oğul, həm də yaxşı ailə başçısıdır. Arzumuz bu savaşın tezliklə qələbə ilə bitməsini və qəhrəmanımızın onu gözləyən o üç gözəlin (qızları) yanına dönməsidir…”.///redaktor


Xəbər xətti