"Həddi buluğa çatmamış yeniyetmələrə lazerə getməyi məsləhət görmürəm".
Bunu Ucnoqta.az-a müsahibəsində "El-Amor" klinikasının lazer mütəxəsisi Aygün Abdullayeva deyib.
Aygün həkimlə müsahibəni təqdim edirik:
- Aygün xanım, hazırda lazer sahəsində hansı yeniliklərə ehtiyac var?
- Aparatı icad edən şəxsə demək istərdim ki, ağrını minimum dərəcəyə endirilməsinə ehtiyac var.
- Bəs siz özünüz necə, yenilik edirsiniz?
- Yenilik deməzdim, amma mənə müraciət edən pasientlərlə sabahısı gün mütləq maraqlanıram.
- Bu addımların insanlara hansı faydaları var?
- İnsanları bilgiləndirirəm, maarifləndirirəm, nə etmək olar, nə etmək olmaz. Məni dinləyən pasientlər faydasını görür.
- Maraqlıdır, pasiyentlər hansı hallarda diskamfort hissi yaşayır?
- Bəli, ara-sıra pasiyentlərim də diskomfort olur. Bu da qeyd etdiyim kimi, ağrı ilə bağlı olur. Bunu da demek olar ki, öz icad etdiyim üsulla aradan qaldırıram. Təbii ki, bu, mənim sirrimdir və açıqlamağı da düşünmürəm. Çox yerdə lazer xidmətindən faydalanmışam, amma bunu bilən qarşıma çıxmayıb.
- Bəs insan dərisinə hər hansı bir ziyanı ola bilərmi?
- Dozanı dəriyə uyğun təyin etmədikdə ziyanı ola bilər.
- Piqment ləkələri və ya günəşdə yanan dəri üçün necə?
- Piqmet ləkəli dərilər üçün yüksək dozalı SPF məsləhət görürəm.
- Hansı hallarda lazer etdirmək olmaz?
- Yaxın günlərdə günəşdə "zaqar" alıbsa, salyaredə olubsa, üzündə hər hansı bir prosedura "çiska", dolğu məsləhət deyil. Və hamiləliyin 3 ayına qədər və bir də həddi buluğa çatmamış yeniyetmələrə meslehet deyil.