Pakistanın ən böyük qülləsi Azərbaycan bayrağı ilə işıqlandırıldı - Foto

14:28 - 8 Noyabr 2022 - Xəbər

Pakistanın ən böyük qülləsi olan “Minar-e-Pakistan” abidəsi Zəfər Gününün ildönümü münasibətilə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov öz tviter hesabında məlumat verib.

Qeyd edək ki, “Minar-e-Pakistan” Pakistanın yaradılması barədə olan Lahor qətnaməsinin xatirəsinə inşa olunub və milli əhəmiyyətə malik abidədir. Sözügedən abidə Pakistan tarixində ilk dəfə olaraq xarici ölkənin bayraq rəngləri ilə işıqlandırılıb.


Xəbər xətti