"Azərbaycanla bərabər olmağa davam edəcəyik" - Türkiyə MN

12:00 - 8 Noyabr 2022 - Xəbər

Türkiyə Müdafiə Nazirliyi 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə qurumun rəsmi tviter səhifəsində paylaşım edilib.

"Qəhrəman Azərbaycanın 8 Noyabr - Zəfər Günü mübarək olsun. 2 il əvvəl qəhrəmancasına mübarizə apararaq öz torpaqlarını işğaldan xilas edən, bütün dünyaya Azərbaycanın qüdrətini nümayiş etdirən qardaşlarımızla kədərdə, sevincdə bir və bərabər olmağa davam edəcəyik. Qardaşlığın Zəfəri", - paylaşımda qeyd edilib.

 

Xəbər xətti