Hesablama Palatası Mədəniyyət Nazirliyində audit yoxlaması aparıb.
Bu barədə APA-nın sorğusuna cavab olaraq Hesablama Palatasından bildirilib.
Qeyd edilib ki, 2022-ci ildə Mədəniyyət Nazirliyində dövlət satınalmalarının hüquqi aktlara uyğunluğuna dair audit tədbiri həyata keçirilib.
Auditin nəticələri barədə məlumatlar Hesablama Palatasının 2022-ci il fəaliyyəti haqqında hesabata daxil ediləcək.