Sumqayıt Dövlət Dram Teatrında maaşlar 8 aydır gecikir - AÇIQLAMA

12:11 - 4 Noyabr 2022 - Mədəniyyət

Sumqayıt Dövlət Dram Teatrında maaşların 8 aydır gecikməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Ucnoqta.az xəbər verir ki, bu barədə Mədəniyyəti Nazirliyinin Mətbuat xidmətinin rəhbəri vəzifəsini müvəqqəti icra edən Nuridə Allahyarova bildirib.

O qeyd edib ki, oktyabr ayı üçün əməkhaqqının ödənilməsində 2 gün gecikmə baş verib, 3 noyabr tarixində ödənilib.

"Hazırda teatrda direktor vəzifəsinin səlahiyyətlərini müvəqqəti olaraq teatrın direktor müavini Vidadi Məmmədov icra edir. Direktor vəzifəsinə namizədlərlə bağlı araşdırmalar davam edir, yeni namizəd təyin olunanda mətbuata məlumat veriləcək", - deyə əlavə edilib.

Xəbər xətti