Paytaxtda bu yollarda sıxlıq var - SİYAHI

18:28 - 27 Oktyabr 2022 - Cəmiyyət

Paytaxtda sıxlıq olan küçə və prospektlər açıqlanıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Ucnoqta.az-a verilən xəbərə görə, sıxlıq olan yollar aşağıdakılardır:

1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində;

2. Binəqədi şosesi, “Azadlıq prospekti” metrostansiyasından Binəqədi qəsəbəsi istiqamətində;

3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində;

4. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;

5. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

6. “20 Yanvar” dairəsində;

7. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində;

8. Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində;

9. Bakıxanov küçəsi, “Dədə Qorqud” parkı istiqamətində;

10. Bakıxanov küçəsi, Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişmədən Statistika dairəsi istiqamətində sıxlıq müşahidə edilir.

 

Xəbər xətti