Bu avtobuslarda gediş haqqı azaldıldı

16:41 - 27 Oktyabr 2022 - Cəmiyyət

Bu gün Bakıda fəaliyyətə başlayan E1 ekspres marşrut xəttində gediş haqqı daha əvvəl elan edildiyi kimi 60 qəpik deyil, 50 qəpik olacaq. Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib. Bildirilir ki, bu addım E1 xəttinin cəlbediciliyini daha da artırmaq və vətəndaşları qanunsuz sərnişindaşımalardan çəkindirmək məqsədilə edilib. Xatırladaq ki, yeni xətt üzrə avtobuslar metronun “Xalqlar Dostluğu” stansiyasından başlayaraq Qara Qarayev prospekti - “Koroğlu” metro stansiyası - Heydər Əliyev prospekti - Yusif Səfərov küçəsi - Neftçilər prospekti – “Azneft” dairəsi - Bibiheybət -Lökbatan Nəqliyyat Mübadilə Mərkəzi istiqamətində hərəkət edəcək.

Xəbər xətti