"Avtomobil bir neçə dəfə çevrildi, ağır bir qəza keçirdik".
Ucnoqta.az xəbər verir ki, bunu Türkiyə baş naziri Binəli Yıldırım mətbuata açıqlamasında deyib:
"Allaha şükür edirəm, Allah qorudu. İki qabırğam qırılıb. Bu da zamanla keçəcək".
Binəli Yıldırım göstərdiyi diqqətə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.