Bu gün Günəş tutulması olacaq

07:30 - 25 Oktyabr 2022 - Xəbər

Bu gün Günəş tutulması baş verəcək.

Ucnoqta.az xəbər verir ki, bu, təbii hadisə saat 12:58-də başlayacaq və 17:02-də sona çatacaq. Tutulmanın maksimumu saat 15:00-da olacaq, 4 saat 4 dəqiqə davam edəcək.

Təbiət hadisəsi Avropanın əksər hissələrində, Afrikanın şimalında, Yaxın Şərqdə və Asiyanın qərb hissələrində, o cümlədən Azərbaycanda da müşahidə olunacaq.

Qeyd edək ki, bu 2022-ci ilin ikinci qismən Günəş tutulması olacaq.

Xəbər xətti