Fransada Azərbaycan səfirliyinə hücum edən Loris Tufanyanın məhkəmə prosesinin vaxtı bəlli olub.
Ucnoqta.az xəbər verir ki, “Charjoum” dissident qrupunun yaradıcılarından biri olan Loris Tufanyanın məhkəməsi iyunun 23-də baş tutacaq. Bu barədə hərəkatın instaqram səhifəsində yazılıb.
Xatırladaq ki, sentyabrın 18-i ermənilər Azərbaycanın Fransadakı səfirliyinə hücum ediblər. Erməni vandalları səfirliyin binası qarşısındakı dəmir maneələri qıraraq binaya daxil olmağa çalışıb. Onlara polis müdaxilə etməyib.///qafqazinfo