Ucnoqta.az
www.ucnoqta.az

Fransadakı səfirliyimizə hücum edən erməninin məhkəməsinin vaxtı bilindi

22:18 - 21 Oktyabr 2022 tarixində dərc olunub.

Fransada Azərbaycan səfirliyinə hücum edən Loris Tufanyanın məhkəmə prosesinin vaxtı bəlli olub.

Ucnoqta.az xəbər verir ki, “Charjoum” dissident qrupunun yaradıcılarından biri olan Loris Tufanyanın məhkəməsi iyunun 23-də baş tutacaq. Bu barədə hərəkatın instaqram səhifəsində yazılıb.

Xatırladaq ki, sentyabrın 18-i ermənilər Azərbaycanın Fransadakı səfirliyinə hücum ediblər. Erməni vandalları səfirliyin binası qarşısındakı dəmir maneələri qıraraq binaya daxil olmağa çalışıb. Onlara polis müdaxilə etməyib.///qafqazinfo

Müəllif: